Mehman Hüseynovun vəkili Şəhla Hümbətova bloqqerin kütləvi informasiya vasitələrinə müraciətinə təəccüblənib. Ş.Hümbətova açıqlamasında deyib ki, Mehman Hüseynov son görüşündə ona aclığı dayandırmayacağını və 2 marta qədər davam etdirəcəyini deyib. “Mehmanın belə bir müraciət etməsi çox maraqlıdır. Biz onunla 10 yanvarda görüşəndə belə bir fikrinin olduğunu deməmişdi”.
Nə baş verib: Mehman hüseynov bu gün KİV-ə müraciət göndərib. Yazılı məktubda bloqqer başqalarının dediyinə görə məsuliyyət daşımadığını vurğulayıb və qida qəbul etdiyini də əlavə edib:
“Məni istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, ayaqdayam, qida qəbul edirəm, aclıq aksiyasından sonra bərpa olunuram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm. Əvvəlcədən sizə mənim müraciətimi yaydığınıza görə, öz minnətdarlığımı bildirirəm”.
mikroskopmedia.com