Mitinqin yanvarın 19-da keçirilməsi nəzərdə tutulur
Milli Şura yanvarın 19-na mitinq təyin edib. Aksiya Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi tələbilə keçiriləcək. Bu barədə məlumatı MŞ sədri Cəmil Həsənli verib: “Əziz dostlar! Milli Şura Yanvar ayının 19-na mitinq qərarı vermişdir. Başlıca tələblər Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, ölkədən oğurlanmış, büdcədən talanıb natəmiz yollarla ofşor hesablara daşınmış korrupsiya pullarının xalqa qaytarılmasından ibarətdir. Mitinq üçün “Məhsul” stadionunun və ya “Ulduz” metrosunun qarşısındakı meydanın ayrılması barədə Bakı Şəhər İcra hakimiyyətinə xəbərdarlıq göndərilmişdir. Milli Şuranın 19 yanvar mitinqi saat 15-dən 17-yə qədər keçiriləcəkdir. Hamını mitinqlərə dəvət edirik!”.