Hakan Şükürü əminliklə Türkiyə futbolunun ən böyük simalarından biri adlandırmaq olar. Milli komanda həm də onun sayəsində dünya çempionatında bürünc medal qazanmışdı.
Hakan Şükür indi ABŞ-da yaşayır. “Marca” qəzetinə müsahibə verən keçmiş futbolçu taksi sürdüyünü bildirir.
“Mənim heç nəyim qalmadı. Ərdoğan hər şeyi əlimdən aldı. Sərbəst ifadə, işləmək azadlığımı…”, – Hakan Şükür belə deyib.
Milli komandanın keçmiş hücumçusu əvvəlcə kofe xidməti ilə məşğul olub. Sonra taksi sürmək qərarı verib. Hakan Türkiyədəki mülkiyyətlərini əlindən alındığını bildirir: “Ailəm üçün çətin dövr idi. Mənimlə əlaqəsi olan hər kəs orada maddi sıxıntı keçirir”.
Azadliq.info