
Əbil Həsənov
Şah öz bulanq rəngli və tutqun görünüşü olan sarayında kefsiz oturmuşdu. Bura onun şahlığının ilk günündəki kimi parlaq və ecazkar görünmürdü artıq. Sanki hər şey öz cazibəsini itirmişdi,səbəbini isə özü də bilmirdi. Sarayda onun özünə aid heç bir şey yox idi,hər şey əvvəlki şahdan-atasindan qalmışdı. Taxtı-tacı da,vəzir-vəkilləri də. Hətta saray təlxəkləri də.O gün təlxəklər onun kefini açmaqdan ötrü çox çalışdılar, nə qədər çalışdılarsa şahın kefi açılmadı. Ətrafdakı əyanlar da təlxəklərə qoşulub canfəşanlıq edirdilər ki,şahın fikrini dağıtsinlar. Növbə saraya gəlmiş son təlxəyə çatdi.O şövqlə tamaşaya başlayanda gözü divardan asılmış Qarabağ xalçasına sataşdı. Xalçanın üzərində Xan qızı Xurşidbanu Natəvanın şəkli var idi. Sanki şəkil canlı idi. Xan qızının gözlərindən Qarabağ həsrəti süzülürdü, taleyinə ah çəkirdi. Birdən təlxək nəsə xatırlamış kimi oxumağa başladı:
Əziziyəm Qarabağ,
Şəki -Şirvan Qarabağ
Baki cənnətə döndü
Yaddan çıxdı Qarabağ
Bir anliq saraya dərin sükut çökdü. Hamı içini çəkib gözlərini şaha dikdi. Təlxəyin onun qəzəbinə tuş gələcəyini gözləyirdilər elə bil. Şahin qəzəbini qabaqlamaq və ona ürəkdən yaltaqlanmaq fürsətini əldən buraxmaq istəməyən bir əyan əlini qınında pas atmiş qılıncına atib təlxəyə hücum etmək istədi. Lakin şahın qəzəb dolu baxşları onu dayandırdı. Şah fısıldayaraq söylədi: ” Sox yerinə…ə qılıncını. Sən kimsən mənim təlxəyimə qılınc çəkirsən? – deyərək onun oxuduğu bayatını oxuya-oxuya təlxəyi alqişlamağa başladı.Vəziyyəti belə görən əyanlar da şaha qoşulub oxuya -oxuya təlxəyi alqışlamağa başladilar. Şahin kefi açılmışdı,onlarin istədiyi də bu idi.
































