Ağstafada avtomobil aşıb - 5 yaralı var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, rayon ərazisində idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.

Nəticədə 5 nəfər – 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğanova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info