Azərbaycandan ABŞ-a: Dünya səviyyəli sənətçilərlə çalışan azərbaycanlı videographer

Bakı, Azərbaycan / Miami, ABŞ

Elchin Ahmadov — Azərbaycan əsilli beynəlxalq səviyyəli videographer və visual content creator-dur. Onun peşəkar yolu idman sahəsindən başlayaraq media və vizual sənətə qədər uzanan unikal və çoxşaxəli karyera hekayəsini əhatə edir.

Elchin Ahmadov 2001-cü ildən etibarən peşəkar idman sahəsində fəaliyyət göstərmiş, xüsusilə boks üzrə ciddi uğurlar qazanmışdır. 2016-cı ilə qədər müxtəlif yarışlarda iştirak edərək çempion titulları əldə etmiş, idman karyerası dövründə yüksək disiplin, səhnə mədəniyyəti və peşəkarlıq formalaşdırmışdır. Bu dövr onun gələcək yaradıcı fəaliyyətində əsas baza rolunu oynamışdır.

2016-cı ildən etibarən Elchin Ahmadov content creator kimi fəaliyyətə başlamış, sosial media platformalarında aktiv paylaşımlar edərək vizual storytelling bacarıqlarını inkişaf etdirmişdir. Video kontent, kinematoqrafik yanaşma və brend hekayəçiliyi sahəsində özünü davamlı şəkildə təkmilləşdirərək vizyografiya istiqamətində professional yol seçmişdir.

2021-ci ildə ABŞ-ın Miami şəhərinə köçən Elchin Ahmadov burada öz video production fəaliyyətini qurmuş və qısa müddət ərzində beynəlxalq səviyyəli layihələrdə iştirak etməyə başlamışdır. Hal-hazırda o, ABŞ-da məşhur sənətçilər və böyük brendlərlə əməkdaşlıq edən tanınmış vizual media mütəxəssislərindən biridir.

Onun əməkdaşlıq etdiyi layihələrə DJ Khaled, 50 Cent, Travis Scott kimi dünya şöhrətli artistlər, eləcə də Shaklee Corporation, Cincoro , Code Blue kimi beynəlxalq brendlər və iri korporasiyalar daxildir. Elchin Ahmadov-un işi yüksək keyfiyyətli cinematic videolar, brend reklamları, lifestyle və musiqi layihələri üzərində cəmlənmişdir.

Elchin Ahmadov-un fərqləndirici xüsusiyyəti onun idman disiplinini vizual sənətlə birləşdirən unikal yanaşmasıdır. O, təkcə operator deyil, eyni zamanda layihələrdə kreativ düşüncə, vizual konsept və storytelling yaradan sənətçi kimi çıxış edir. Onun işləri sosial mediada geniş auditoriya tərəfindən izlənilir və beynəlxalq platformalarda paylaşılır.

Hazırda Elchin Ahmadov ABŞ-da fəaliyyətini davam etdirir, beynəlxalq layihələr üzərində çalışır və Azərbaycanı dünya səviyyəsində təmsil edən vizual sənətçilərdən biri kimi tanınır.

Əlaqə və əlavə məlumat:

Ad: Elchin Ahmadov
Peşə: Videographer / Visual Content Creator
Əsas fəaliyyət yeri: Miami, ABŞ
Sosial media: Instagram və YouTube (on minlərlə izləyici)

Gununsesi.info