Bu ərazilərdə işıq olmayacaq

  • By Ayshan
  • 24 Noyabr 2025 09:15

Bu gün Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Gununsesi.info xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 3.2 mVA gücündə transformatorda təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Nərimankənd qəsəbəsi və Səmədabad kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunacaq.

Gununsesi.info