Gürcüstan BBC-yə qarşı cinayət işi açıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti BBC agentliyinə qarşı cinayət işi açıb.

İstintaq “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Düşmənçilik fəaliyyətində xarici təşkilata kömək” ittihamları ilə aparılır.

Cinayət işi BBC-nin 2024-cü ildə Tbilisidə keçirilmiş etirazlarla bağlı yayımladığı araşdırma əsasında açılıb.

Araşdırmada hökumətin “kamit” kimyəvi maddəsindən istifadə etdiyi iddia edilmişdi. Müstəntiqlər araşdırmada adı çəkilən həkim və respondentləri dindirib.

Xalq Gücü Partiyasından parlament üzvü Quram Maçaraşvili bildirib ki, istintaq sözdə mənbələrin əsl üzünü ortaya çıxarıb və BBC məlumatlarının doğruluğunu təsdiqləməli olacaq.

Gürcüstanın “Gürcü Arzusu” partiyası isə BBC-yə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmaq niyyətindədir.

 

Şəbnəm

Gununsesi.info