Luvr oğurluğu: Qarətçilərdən biri DNT izi ilə tapıldı

Parisdə məşhur Luvr muzeyini qarət etməkdə şübhəli bilinənlərdən biri cinayət yerində tapılan DNT izləri sayəsində həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Telekanalın məlumatına görə, cinayət yerində DNT izləri tapılıb və bu, saxlanılan iki cinayətkardan birinin şəxsiyyətinin müəyyən edilməsində həlledici rol oynayıb.

Bildirilib ki, qarətçilər hadisə yerində üstündə DNT izləri ola biləcək bir neçə əşya – dəbilqə, ratsiya, sarı jilet qoyublar.

Qeyd edək ki, oktyabrın 19-da Luvr muzeyi qarət olunub, imperator III Napoleona məxsus zinət kolleksiyasından 9 əşya oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Gununsesi.info