Paşinyan Bakıdakı ermənilərdən danışdı

“Azadlıqdan məhrum edilmiş şəxslərin məsələsi çox həssas məsələdir və bizim mövqeyimiz belədir: Bu məsələ münaqişə şəraitində deyil, əməkdaşlıq və sülh şəraitində daha asan həll olunacaq”. 

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda məhkəməsi davam etdirilən ermənilərdən danışarkən deyib.

“Münaqişə şəraitində bu problemi həll etmək mümkün deyil. Lakin biz sülhün möhkəmləndirilməsi istiqamətində irəlilədikcə, kiçik addımlarla bu məsələnin həlli getdikcə daha reallaşır”, – o qeyd edib.

Paşinyan əlavə edib ki, sülhün bərqərar olması digər problemlərin də həlli deməkdir.

Gununsesi.info