
Suriyanın Hələb şəhəri ətrafında yerləşən silah anbarında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə yerli “Al Mayadeen” televiziya kanalı mülki müdafiə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Suriya hava hücumundan müdafiə qüvvələrinin keçmiş bazasında sursatların detonasiyasına nəyin səbəb olduğu hələlik məlum deyil. Anbarda yanğının baş verməsi və İsrail hərbi hava qüvvələrinin zərbələri mümkün ehtimallar sırasındadır.
Şahidlər bildiriblər ki, partlayışın baş verdiyi hərbi obyektin yaxınlığında yerləşən bir neçə bina zədələnib.