Tokayev Pezeşkianla görüşdü

Bu gün Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanada səfərdə olan iranlı həmkarı Məsud Pezeşkianla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə İran mediası məlumat verib.

Rəsmi qarşılanma mərasimindən sonra Tokayev və Pezeşkian arasında ikitərəfli görüşün keçiriləcəyi bildirilir. Ardınca hər iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə danışıqları nəzərdə tutulur.

Səfər çərçivəsində tərəflər əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcək, əlaqələrin genişləndirilməsi imkanlarını dəyərləndirəcəklər.

Gununsesi.info