“Apple” 2026, 2027 və 2028-ci illərdə tamamilə yeni “iPhone” dizaynı təqdim etməyə hazırlaşır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “iPhone 17” seriyası hələ yeni təqdim olunsa da, Koreyadan yayılan məlumatlar şirkətin gələcək planlarını üzə çıxarıb.
Növbəti böyük yenilik 2027-ci ildə “iPhone”un 20 illik yubileyi münasibətilə təqdim ediləcək. Bu modelin tamamilə ekrandan ibarət, kənarlarında heç bir çərçivəsi olmayan dizayna sahib olacağı bildirilir.
“Apple” 2028-ci ildə isə ikinci qatlana bilən “iPhone” modelini satışa çıxaracaq. Bu cihazın “Samsung Galaxy Z Flip” modelinə bənzər şəkildə şaquli qatlanan, daha kompakt və yüngül dizayna sahib olacağı qeyd edilir.













