Yevlaxda minik avtomobili yük maşınına çırpılıb.
Gununsesi.info xəbər verir ki, hadisə az öncə Qazax-Bakı magistral yolunun rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.
Belə ki, “Mersedes” markalı minik avtomobili tırla toqquşub. Qəza magistral yolda nəqliyyatın hərəkətinə çətinlik yaradıb.
Faktla bağlı araşdırma başlanıb.(Teleqraf)


.png)
.png)











