close
2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan güləş yığması tarixi uğur qazanıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.

Toplum TV “Report”a istinadən xəbər verir ki, güləşçilər 3 qızıl, 2 gümüş, 1 bürünc medalla buna nail olublar.

Ümumilikdə 142 xal toplayan yığma Avropa çempionu olan Türkiyədən cəmi 5 xal geri qalıb. Azərbaycan millisi həm də tarixində ilk dəfə qitə birinciliyində 3 qızıl mükafat əldə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Avropa çempionatında Azərbaycan yığmasının heyətində Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medala sahib çıxıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button