close
2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş prokuror: “Qarabağ separatçılarının istintaqı başa çatıb”

15 nəfər Qarabağ separatçısına qarşı cinayət işi başa çatıb və tezliklə məhkəməyə veriləcək. Bu barədə Azərbaycanın baş prokuroru Kamran Əliyev Xankəndidə konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, onların bütün hüquqları beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq təmin olunub. Təqsirləndirilən şəxslər və vəkillər hazırda cinayət işi materialları ilə tanış olurlar.

Kamran Əliyev separatçıların adlarını açıqlamayıb, lakin məlumdur ki, onların arasında Qarabağın keçmiş “prezidentləri”  Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, keçmiş “xarici işlər naziri” David Babayan, keçmiş “parlament sədri” David İşxanyan, keçmiş dövlət naziri Ruben Vardanyan, generallar Leva Mnatsakanyan, David Manukyan və digərləri var.

Saytların yığılması Saytlarin yigilmasi

Onların hamısı 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin birgünlük əməliyyatı zamanı həbs ediliblər. Onlara qarşı Azərbaycanın ərazi bütövlüyünə qəsd, hərbi cinayətlərdə iştirak, terrorizmin maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və digər ittihamlar irəli sürülüb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button