close
2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Böyük Britaniyada Avropa siyasi birliyinin sammiti başlayıb

İyulun 18-də Böyük Britaniyada Avropa siyasi birliyinin dördüncü sammiti açılıb. Britaniya baş nazirinin ofisinin məlumatına görə, tədbirdə 45 avropalı lider, həmçinin NATO, ATƏT və Avropa Şurasının nümayəndələri iştirak edəcəklər. Sammitin əsas mövzuları Ukraynada münaqişə, enerji təhlükəsizliyi, miqrasiyadır, məqsəd isə “Avropa daxilində və onun sərhədləri yaxınlığında münaqişə və qeyri-sabitliyə cavab olaraq birliyi qorumaqdır”.

Avropa siyasi birliyi 2022-ci ilin mayından mövcuddur. Onun yaradılmasına Fransa təşəbbüs göstərib.

Birlik ildə iki dəfə sammit keçirir, 44 ölkənin liderləri dəvət olunur. Onların arasında Azərbaycan, Ermənistan, Britaniya, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna da var. Avropa siyasi birliyini sammitləri ardıcıl olaraq Çexiya, Moldova, İspaniyada keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Sammitin planı belədir: əvvəlcə plenar sessiyanın açılışı, sonra miqrasiya, energetika və rabitə, həmçinin demokratiyanın müdafiəsi və təmin edilməsinə həsr olunmuş üç “dəyirmi masa”; sammit plenar sessiyanın bağlanışı ilə başa çatacaq.

Görüş NATO-nun Vaşinqtondakı sammitindən bir həftə sonra keçirilir, həmin tədbirdə də əsas mövzulardan biri Ukrayna olub.

Sammitdə Azərbaycan və Ermənistan liderləri də iştirak edəcəklər.  Onların arasında iki tərəfli görüşün keçirilməsi istisna deyil.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button