close
Siyasət

Britaniya səfiri Tofiq Yaqublunun qızıyla görüşüb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bir müddət əvvəl həbs olunan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Yaqublu ilə görüşüb

Toplum TV xəbər verir ki, bu barədə səfir yanvarın 17-də özünün X hesabında məlumat yayıb:

“İctimai fəal Nigar Yaqublu ilə görüşdə onun atası, müxalif siyasətçi Tofiq Yaqublunun həbsini və ailəsinin narahatlığını müzakirə etdik. 

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmiləri müstəqil istintaqın aparılmasına və istintaq proseslərinə tez bir zamanda yekun vurmağa çağırıram”.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. 

Ona qarşı Cinayət Məcəlləsinin  dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bəyan edir.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button