close
2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Daha 21 ailə Laçına qayıdıb

Azərbaycanın müxtəlif rayonlarında yataqxanalarda, sanatoriyalarda, keçmiş pioner düşərgələrində, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış 21 ailə, o cümlədən 65 nəfər bu gün Laçına qayıdıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, artıq 534 məcburi köçkün ailəsi (1971 nəfər) Laçına qayıdıb.

İşğaldan azad edilmiş ərazilərə  7762 nəfər qayıdıb.

Onlar əsasən Şuşa, Zəngilan, Füzuli, Ağdərə, Laçın, Xocalı rayonlarına və kəndlərə qayıdıblar. Bundan əlavə, minlərlə adam bərpa işlərinə cəlb edilib. Onlar əsasən tikinti, səhiyyə, təhsil, hüquq-mühafizə, ticarət və xidmət sahələrində çalışırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl Azərbaycan hakimiyyəti bildirib ki, 2026-cı ilə qədər 140 min adamın işğaldan azad edilmiş ərazilərə köçürülməsi planlaşdırılır.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button