close
2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Daha bir fəal paytaxt polisinə çağırılıb

Mayın 3-də ictimai fəal Əbülfəz Qurbanlı şahid qismində Bakı Baş Polis İdarəsinə çağırılıb. Bu barədə Turan-a Qurbanlı özü bildirib.

Eyni zamanda, fəala hansı cinayət işinə görə çağırıldığını deməyiblər. “Dedilər polis idarəsinə gələndə deyəcəklər”, – o qeyd edib.

Qurbanlının “Abzas Media” işi üzrə dindiriləcəyi istisna olunmur. Lakin Qurbanlının dediyi kimi, onun “Abzas Media” nəşri ilə heç bir əlaqəsi yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Qurbanlı 2002-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olub, Xalq Cəbhəsi Partiyasının üzvü olub. 2008-ci ildən Gənclər Komitəsinə rəhbərlik edib, 2013-cü ildə təşkilatın üzvü seçilib. 2015-ci ildə partiyadan çıxıb.

2021-ci ildən “Artikl 54” İctimai Birliyinin həmtəsisçisi və icraçı direktorudur. Təşkilat ictimai iştirakçılıq, ictimai nəzarət, icma quruculuğu və inkişafı ilə bağlı müxtəlif məsələlərlə məşğul olur.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button