close
2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əfqan Sadıqovun həbs müddəti 3 ay uzadılıb

Azərbaycanın Azel TV saytının rəhbəri Əfqan Sadıqov Gürcüstan həbsxanasında 45 gündür aclıq edir.  

Bu gün həyat yoldaşı Sevinc Sadıqova həbsxana hospitalında onunla görüşüb. “Əfqan getdikcə daha da pisləşir. O, yenə görüşə əlil arabası ilə gətirildi. Əməlii-başlı taqətdən düşüb: şəkəri düşüb, böyrəklərində problem, süstlük, başgicəllənmə və ürəkbulanması var. Bununla belə, o, həyatı bahasına olsa belə, saxta cinayət işinə xitam verilməsi tələbi ilə aclığı davam etdirir”, deyə Sadıqova bildirib. 

Onun sözlərinə görə, Əfqan qidadan imtina edir və gün ərzidə yalnız 300 qram su içir. 

Saytların yığılması Saytlarin yigilmasi

O, həmçinin qeyd edib ki, noyabrın 1-də məhkəmə Ə.Sadıqovun həbs müddətini 3 ay uzadıb.

* Əfqan Sadıqov təqibdən ehtiyatlanaraq, 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. İyulda o, Gürcüstandan Türkiyəyə buraxılmayıb, yalnız Azərbaycana qayıda biləcəyi bildirilib.

Avqust ayında Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Sentyabrın 21-dən o, həbsinə və ona sığınacaq verilməməsinə etiraz əlaməti olaraq aclıq edir.

Oktyabrın 8-də aclıq nəticəsində onun vəziyyəti pisləşib və o, Gürcüstan Penitensiar Xidmətinin Tibb Müəssisəsinə köçürülüb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button