Xeberler | En Son Xeberler | Son Xeberler - az24saat.org
  • Əsas Səhifə
  • Xəbərlər
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Sosial
    • Dünya
    • ÖLKƏ
    • Manşet
    • Sağlam Həyat
    • BİZİM TƏRCÜMƏ
  • Eng
  • Rus
  • Tur
  • De
  • Arm
  • Zho
No Result
View All Result

Home Xəbərlər Siyasət

Ərdoğan: “Netanyahu tərəf müqabilimiz ola bilməz, onu sildik”

04/11/2023
in Siyasət
0
Ərdoğan: “Netanyahu tərəf müqabilimiz ola bilməz, onu sildik”
97
SHARES
746
VIEWS
Share on FacebookShare on Twitter

Türkiyə Prezidenti Qəzzada baş verənlərə görə Qərbi ittiham edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən qayıdarkən yerli jurnalistlərin suallarını cavablandırıb.

O, İsrailin Baş naziri Benyamin Netanyahu haqda sərt danışıb.

Ərdoğan Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısında atəşkəsə nail ola biləcəklərini deyib:

“Bu atəşkəsdə prosedur və mahiyyət baxımından nələrin olmasına dair ilkin iş görəcəyik. Sammitdə əsas məsələ ilə bağlı təqdimatlarımız olacaq. Ümid edirik ki, atəşkəs üçün şərtləri buna uyğun irəli sürəcəyik. Təbii ki, burada İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mövqeyi çox önəmlidir”.

İsrailin çox səhv addım atdığını vurğulayan Ərdoğan deyib ki, Təl-Əviv bu qərarıyla əslində öz gələcəyini qaraldıb:

“Bu, təkcə İsraili deyil, İsraildən kənardakı uzantılarını da narahat edən bir vəziyyətdir. İndi əsas məsələ bir addım geri çəkilib, dayanmaqdır”.

O bildirib ki, indiki vəziyyətin yaranmasında bir nömrəli məsul şəxs İsrailin Baş naziri Netanyahudur:

“İndiyə qədər İsraildə Netanyahuya qarşı çıxışlar olub. Ən əsası isə BMT-də Qəzzada fövqəladə atəşkəs tələbi ilə keçirilən səsvermədə 121 ölkə İsrailə qarşı çıxdı. Sadəcə, 45 ölkə bitərəf qaldı, 14 ölkə isə İsrailin tərəfinə keçdi. Amerikanı bir kənara qoysanız, İsrailin tərəfində heç kim yoxdur. Bu nəyi göstərir? İstədiyiniz qədər silahınız, istədiyiniz qədər pulunuz olsa da, azdır. Birləşmiş Millətlər Təşkilatında keçirilən səsvermə bu baxımdan çox əhəmiyyətli idi”.

“Əslində, bu səsvermə hesabat vərəqəsidir. Bu hesabat kartında İsrail uğursuz oldu və keçid qiyməti almadı. Təəssüf ki, atəşkəs nöqtəsində hazırda Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələr ikiyə bölünüb. BMT-də səsvermədə iştirak edən 121 ölkə, məncə, sağlam şəkildə atəşkəs istəyənlərdir. 45 ölkə istəsə də, istəməmək nöqtəsindədir. 14 ölkə atəşkəsə “yox” deyir. Dünyada belə bir quruluş var”, – deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, savaşdan bir aya yaxın zaman keçib, amma proses İsrailin zərərinə gedir:

“İsrail bu qəddar addımı öz gücü ilə atmadı. Amerika deyəndə yada Amerikanın özü gəlməməlidir. Məncə, Amerikaya Qərb daxilində qiymət vermək lazımdır. Bütün Qərb, xüsusilə Amerika indi İsrailin tərəfindədir. Biz Qəzzanın 1967-ci il sərhədləri daxilində, coğrafi bütövlüyü ilə, müstəqil Fələstin dövlətinin ayrılmaz hissəsi olan, paytaxtı Şərqi Qüds olan dinc bir bölgə olmasını istəyirik. Bütün liderlərlə bu məsələləri danışırıq və onlara deyirik ki, bölgədə ədalətli və davamlı sülh bərqərar olmayınca regionda sülh olmayacaq”.

“İsrailin qırğınlarına göz yuman, arxasında duran, hətta müdafiə etdikləri dəyərləri pozmaq riskinə girən dövlətlər də bunun fərqindədirlər. Əvvəllər göz yumduqları qətliamları xatırlayanda boyun əyən Qərb dövlətləri Qəzza qətliamına münasibətlərindən biabırçılıqla əzilirlər. Biz hayqırırıq ki, ədalət haradadır? Sülhü qorumaq üçün yaradılan beynəlxalq təşkilatlar haradadır? Hüquq müdafiəçiləri hanı? Baxırsan ki, dövlət idarəçiləri sussalar da, xalq susmur. Avropa küçələrindəki bütün qadağalara, maneələrə baxmayaraq, insanlar meydanlarda ədalət tələb edir”, – Türkiyə Prezidenti belə deyib.

Hazırda İsrail rəsmiləri ilə əlaqəsi olmadığını söyləyən Ərdoğan Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının İsrail tərəfi ilə görüşdüyünü vurğulayıb:

“Təbii ki, o, Fələstin və HƏMAS-la da danışıqlar aparır. Bunu sizə deyim: Netanyahu artıq bizim tərəf müqabilimz – danışa biləcəyimiz biri deyil. Onu silib atdıq. Bu məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısında keçirəcəyimiz görüşlərdə qərar verəcəyəm”.

“Bundan başqa, xüsusən də beynəlxalq diplomatiyada əlaqələrin tamamilə kəsilməsi mümkün deyil. Ona görə də xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər nazir dostlarımla birlikdə diplomatiyanın bütün imkanlarından istifadə edirik və bundan sonra da istifadə edəcəyik. Bizim əsas məqsədimiz İsrail-Fələstin məsələsində yekun sülhün bərqərar olmasıdır. Biz bunun üçün təşəbbüslər göstəririk, düsturlar hazırlayırıq və bunu davam etdirəcəyik”, – deyə Türkiyə Prezidenti əlavə edib.

O, Avropa İttifaqının son proseslərdə “çox qəribə və ardıcıl olmayan” rol oynadığı qənaətindədir:

“Avropa İttifaqı ədalətli yanaşma ortaya qoymadı. Təəssüf ki, bu müddətdə nə İngiltərə, nə Almaniya, nə İtaliya, nə də Fransa ədalətli yanaşma nümayiş etdirdi.  Yəni Avropa İttifaqından belə bir şey gözləmək mümkün deyil. Türkiyə kimi bir ölkəni 50 ildən artıqdır ki, qapıda saxlayan belə bir qurumdan başqa nə gözləmək olar? Ona görə də ədalətli dünyanın mümkün olduğunu desək də, Avropa İttifaqından söz düşəndə ​​ədalətli münasibət gözləmək lazım deyil”.

“Yadınızadırsa, demişdim, bunların hamısının İsrailə borcu var. Amma Türkiyənin İsrailə heç bir borcu yoxdur. Bundan aydın ifadə yoxdur. İndi Almaniya borcunu ödəyə bilmir. Çox aydındır. Başqaları da belədir. Qanunumuzun çox inkişaf etdiyi orada bəzi siyasətçilər: “İsrailə borcumuz var, bu borcu açıq şəkildə ödəyirik”, –  deyirlər. Ad çəkməyəcəm. Çox səmimi olduğum alman siyasətçi “borc içindəyik” deyir. Ortada Holokost nümunəsi var. Bu gün Avropada ikili standartların, prinsipsizliyin, qanunsuzluğun tarixi yazılır”, – o bildirib.

Ərdoğan onu da deyib ki, İsveç PKK terror təşkilatının fəaliyyəti ilə bağlı indiyədək heç bir tədbir görməyib:

“Heç bir addım atılmır. Bizim borcumuz bu məsələni ilk növbədə parlamentə çıxarmaq idi və bunu etdik. İndi parlamentdəki dostlarımız və Xalq Alyansı olaraq orada işimizi davam etdirəcəyik. Ötən gün NATO-nun Baş katibi Yens Stoltenberq mənə kiçik bir təşəkkür mesajı göndərdi. O da bu araşdırmaları yaxından izləyir. Deyir ki, mənim bu məsələni parlamentə göndərməyimi müsbət addım kimi görür”.

Meydan.tv

Bunlar da xoşunuza gələcək

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib 

Azərbaycan XİN Pakistana başsağlığı verib

Beynəlxalq səyyahlar Ağdamda səfərdədir

Bütün növ saytların yığılması - EMBLEM.AZ Bütün növ saytların yığılması - EMBLEM.AZ Bütün növ saytların yığılması - EMBLEM.AZ
Previous Post

Sahil Babayev: “Cəmi 24 ay sığorta stajı olan şəxs işsiz qaldıqda vəsaiti ala biləcək”

Next Post

Beynəlxalq səyyahlar Ağdamda səfərdədir

Bənzər Xəbərlər

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib 

by 24 saat
04/11/2023
0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berboku qəbul edib."Report" xəbər verir ki,...

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Azərbaycan XİN Pakistana başsağlığı verib

by 24 saat
04/11/2023
0

Azərbaycan XİN Pakistana başsağlığı verib Mənbə:Report

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Beynəlxalq səyyahlar Ağdamda səfərdədir

by 24 saat
04/11/2023
0

Beynəlxalq səyyahlar qrupunun Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri davam edir."Report" xəbər verir ki, məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər...

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Sahil Babayev: “Cəmi 24 ay sığorta stajı olan şəxs işsiz qaldıqda vəsaiti ala biləcək”

by 24 saat
04/11/2023
0

Azərbaycanda işsizlikdən sığorta pulu alanlar üçün staj müddəti azaldılır.“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil...

Next Post
Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Beynəlxalq səyyahlar Ağdamda səfərdədir

Polşanın baş naziri Morawiecki deyir ki, o, "dolu deyil", koalisiya qurmağa ümid edir -media

Polşanın baş naziri Morawiecki deyir ki, o, "dolu deyil", koalisiya qurmağa ümid edir -media

Please login to join discussion

Son Xəbərlər

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib 

04/11/2023
Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Azərbaycan XİN Pakistana başsağlığı verib

04/11/2023
İspaniyanın Kanar adaları yaxınlığında 500-dən çox miqrant xilas edilib

İspaniyanın Kanar adaları yaxınlığında 500-dən çox miqrant xilas edilib

04/11/2023
Polşanın baş naziri Morawiecki deyir ki, o, "dolu deyil", koalisiya qurmağa ümid edir -media

Polşanın baş naziri Morawiecki deyir ki, o, “dolu deyil”, koalisiya qurmağa ümid edir -media

04/11/2023
Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Beynəlxalq səyyahlar Ağdamda səfərdədir

04/11/2023
Ərdoğan: “Netanyahu tərəf müqabilimiz ola bilməz, onu sildik”

Ərdoğan: “Netanyahu tərəf müqabilimiz ola bilməz, onu sildik”

04/11/2023
Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Sahil Babayev: “Cəmi 24 ay sığorta stajı olan şəxs işsiz qaldıqda vəsaiti ala biləcək”

04/11/2023
Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Azərbaycanda sığorta stajı barədə tələb yumşaldılacaq

04/11/2023
Ərdoğan İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyə çalışacağını deyir

Ərdoğan İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyə çalışacağını deyir

04/11/2023
Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Gələn il işsizliyə görə sığorta ödənişi almaq hüququ olan şəxslərin dairəsi genişləndiriləcək

04/11/2023
Bütün növ saytların yığılması - EMBLEM.AZ Bütün növ saytların yığılması - EMBLEM.AZ Bütün növ saytların yığılması - EMBLEM.AZ
Facebook Twitter Pinterest Instagram Youtube Telegram RSS
xəbərlər, son xəbərlər, ən son xəbərlər, xeberler, son xeberler, en son xeberler, 24 saat, az24saat.org, 24saat.org

Heç bir hüququmuz qorunmur, amma siz yenə də qorunurmuş kimi davranın və saytda gedən özəl yazılardan istifadə zamanı 24saat.org və ya az24saat.org saytına istinad edin…

24saat.org və az24saat.org saytı Mətbuat Şurası və Media Klubunun üzvü deyil, heç bir zaman da olmayacaq. Saytla qarşı tərəf arasında mübahisə yaranarsa, bu mübahisənin birbaşa sayt və ya məhkəmə strukturları ilə həlli məsləhət görülür!

Baş redaktor: Vüqar Qurdqanlı (Ələkbərov)

Telefon: +994552669250

Categories

  • SAYTDAN İSTİFADƏ QAYDALARI, GİZLİLİK SİYASƏTİ VƏ TƏHLÜKƏSİZLİK
  • Bizimlə əlaqə

Tags

)NASİA 24 saat 24 saat xeberler AMERS ASIA ASXPAC biz bu günün xəbərləri. butun xeberler CEEU CISC CMPNY COM CWP DIP dünya EMRG en son xeberler EUROP EZC FİN Gen INTAG medialine.az xeberleri MTPIX NAMER NEWS1 POL PUBL PXP QHT xeberleri resmi xeberler RU Rusiya son xeber son xeber az son xeberler TMT TOPCMB TOPNWS UA US WEU xeberler xeberler bu gun

© 2017-2023 24 saat – Saytı Emblem.az hazırlayıb.