Xeberler | En Son Xeberler | Son Xeberler - az24saat.org
  • Əsas Səhifə
  • Xəbərlər
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Sosial
    • Dünya
    • ÖLKƏ
    • Manşet
    • Sağlam Həyat
    • BİZİM TƏRCÜMƏ
  • Eng
  • Rus
  • Tur
  • De
  • Arm
  • Zho
No Result
View All Result

Home Xəbərlər Siyasət

Əvəz Zeynallının vəkilləri onun müdafiəsindən uzaqlaşdırıldı: “Keçmiş dövrə qayıtmısınız?”

05/11/2023
in Siyasət
0
Məhkəmədə Əvəz Zeynallı ilə Rasim Məmmədov arasında qalmaqal yaşanıb
98
SHARES
750
VIEWS
Share on FacebookShare on Twitter

“Xural TV”-nin rəhbərinin anası da məhkəmə zalından çıxarılıb

“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı məhkəməsinin onun iştirakı olmadan keçirilməsinə görə vəkilləri Fəxrəddin Mehdiyev, Aqil Layıc və Rəşad Əliyevdən imtina edib. Çünki hakimlər Əvəz Zeynallının məhkəmə zalından uzaqlaşdırılması haqda qərar qəbul eləsə də, onun vəkillərinin prosesdə iştirakı məcburidir. Ona görə də Əvəz Zeynallı məhkəməyə ərizə verib ki, özünün iştirak etmədiyi prosesdə vəkillərinin də iştirakını istəmir. Bu üzdən onların prosesdə müdafiəçi kimi iştirakına xitam verilməsini xahiş edir.

Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əvəz Zeynallı, eləcə də onunla birlikdə mühakimə olunan “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun işinə baxan hakimlər kollegiyası vəkillərdən imtina ərizəsini qəbul edib. Beləliklə, “Xural TV”nin həbsdə olan rəhbəri vəkilsiz qalıb.

Noyabrın 3-də məhkəmədə Əvəz Zeynallı ilə şahid kimi dindirilən “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovla mübahisə, qarşılıqlı təhqirlər olub. “Xural TV” rəhbərilə prokuror Eldar Həmzəyev arasında da mübahisə yaşanıb. Prokuror məhkəmənin onun iştirakı olmadan keçirilməsini istəyib. Əli Məmmədov, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası bundan sonrakı məhkəmə iclaslarının onsuz keçirilməsi haqda qərar qəbul edib.

Noyabrın 4-də keçirilən məhkəmə iclasına bu üzdən Əvəz Zeynallını gətirilməyib. Onun vəkili Rəşad Əliyev qərara dəyişiklik edilməsini, məhkəmənin Əvəz Zeynallının iştirakıyla keçirilməsini istəyib. Lakin hakimlər vəkilin bu barədə vəsatətini təmin etməyib. Məhkəmə prosesinə sədrlik edən hakim Əli Məmmədov deyib ki, artıq qərar verilib və dəyişməyəcək.

“Məhkəməyə hörmətsizlik edir, şahidi, prokuroru təhqir edir”, – hakim bildirib.

Bu zaman Əvəz Zeynallının məhkəmə zalında olan anası xatırladıb ki, Rasim Məmmədov 185 milyonluq mənimsəmə və başqa cinayətlərə görə 14 il azadlıqdan məhrum edilib: “Quldura quldur deyərlər də…”.

Hakim Əvəz Zeynallının anasının zaldan çıxarılmasına qərar verib. Buna etiraz olaraq, prosesi izləməyə gəlmiş digər dostları və qohumları də məhkəmə zalını tərk edib.

Ardınca vəkillər Rəşad Əliyev və Aqil Layıc bildirib ki, hüquqlarını müdafiə etdikləri şəxs onsuz keçirilən məhkəmə iclaslarında vəkillərinin də iştirakını istəmir. Bu əsasla da onlardan imtina edir. Şəxs imtina etdiyi halda, vəkilin prosesdə müdafiəçi kimi qalması doğru olmaz.

Hakimlər qərar verib ki, bu məsələnin müzakirəsi üçün Əvəz Zeynallı məhkəmə zalına gətirilsin.

Zala gələn Əvəz Zeynallı bildirib ki, məhkəmədə onun hüquqları pozulur. Bu prosesdə prokuror və hakim özünü “inkvizitor” kimi aparır.

“Siz yalan danışırsınız. Prokuror məni təhqir edib, mən də ona cavab vermişəm. Neyləməliydim? Mənim iştirakım olmadan məhkəməmi keçirirsiz. Siz neyləmək istəyirsiz? Keçmiş dövrə qayıtmısınız? Burada prokuror inkvizitordur. Elə hakim də…”.

Məhkəmə prosesində ittihamı müdafiə edən prokuror Eldar Həmzəyev Əvəz Zeynallının “inkvizitor” ifadəsinə görə ona xəbərdarlıq edilməsini istəyib.

Əvəz Zeynallı isə bildirib ki, məhkəmə prosesi əvvəlki qaydada keçirilməlidir. O, həmçinin vəsatəti olduğunu deyib.

Məhkəmə prosesində fasilə elan olunub. Daha sonra hakim Əli Məmmədov deyib ki, Əvəz Zeynallı yalnız vəkillərdən imtina məsələsinin müzakirəsi üçün məhkəmə zalına gətirilib. Ona görə də ancaq bu məsələ müzakirə oluna bilər:
“Ərizə varsa, təqdim edin, müzakirə edək. Başqa məsələ müzakirə oluna bilməz”.

Əvəz Zeynallı məhkəməyə vəkillərdən imtina ərizəsini təqdim edib.

Prokuror bildirib ki, vəkillərdən imtina etmək onun hüququdur. Amma sonradan məhkəmə dövlət hesabına ona vəkil təyin olunması məsələsinə baxa bilər.

Hakimlər yerində müşavirə edərək, Əvəz Zeynallının vəkillərinin iştirakına xitam verilməsi haqda qərar qəbul edib.

Əvəz Zeynallı özünün daha bir vəsatəti olduğunu deyib. Lakin hakim bildirib ki, o, yalnız vəkil məsələsinə münasibət bildirmək üçün zala gətirilmişdi.

“Sifariş gəlib bunlara artıq. Ona görə belə əl-ayağa düşüblər”, – Əvəz Zeynallı hakimlərin və prokurorun davranışına münasibət bildirib.

Məhkəmə prosesi noyabrın 24-də davam edəcək.

2022-ci ilin sentyabrından həbsdə olan Əvəz Zeynallı və Elnur Şükürov rüşvət alma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və s. əməllərdə ittiham olunur. Lakin heç biri özünü təqsirli bilmir.

Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.

Meydan.tv

Bunlar da xoşunuza gələcək

İsraildə nazir çıxışına görə hökumət iclaslarından kənarlaşdırılıb

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Anar Bağırov: “Namizədlər arasında işğaldan azad olunmuş bölgələrdən olan vəkillər də var”

Bütün növ saytların yığılması - EMBLEM.AZ Bütün növ saytların yığılması - EMBLEM.AZ Bütün növ saytların yığılması - EMBLEM.AZ
Previous Post

El Al İsrailə yük daşımaq üçün sərnişin təyyarələrini yeniləyir

Next Post

İsraildə nazir çıxışına görə hökumət iclaslarından kənarlaşdırılıb

Bənzər Xəbərlər

İsraildə nazir çıxışına görə hökumət iclaslarından kənarlaşdırılıb

İsraildə nazir çıxışına görə hökumət iclaslarından kənarlaşdırılıb

by 24 saat
05/11/2023
0

Müxalifət nazirin istefasını istəyib İsrailin Qüds işləri və irs naziri Amichai Eliyahu bazar günü bildirib ki, Qəzza zolağına nüvə silahının...

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

by 24 saat
05/11/2023
0

Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov, Vətən Müharibəsi Qəhrəmanları Zaur Nudirəliyev, Vüqar Ağayev,...

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Anar Bağırov: “Namizədlər arasında işğaldan azad olunmuş bölgələrdən olan vəkillər də var”

by 24 saat
05/11/2023
0

“Namizədlər arasında işğaldan azad olunmuş bölgələrdən olan vəkillər də var”.“Report” xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov...

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Sədr: “Dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğ vəkilləri qane etmir”

by 24 saat
05/11/2023
0

Sədr: “Dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğ vəkilləri qane etmir” Mənbə:Report

Next Post
İsraildə nazir çıxışına görə hökumət iclaslarından kənarlaşdırılıb

İsraildə nazir çıxışına görə hökumət iclaslarından kənarlaşdırılıb

Moldovada yerli seçkilər Rusiyanın müdaxiləsi ilə bağlı iddialar fonunda keçirilir

Moldovada yerli seçkilər Rusiyanın müdaxiləsi ilə bağlı iddialar fonunda keçirilir

Please login to join discussion

Son Xəbərlər

MDA BMT-yə hücum edir: İsraillilərə hücumlar sizin “dəhşətinizə” layiq deyil – İsrail xəbərləri

MDA BMT-yə hücum edir: İsraillilərə hücumlar sizin “dəhşətinizə” layiq deyil – İsrail xəbərləri

05/11/2023
İsrail rəsmilərinin istifadə etdiyi təyyarə Misirdə saatlarla qaldı – İsrail xəbərləri

İsrail rəsmilərinin istifadə etdiyi təyyarə Misirdə saatlarla qaldı – İsrail xəbərləri

05/11/2023
İZLE: İsrail ordusu Qəzzada uşaq meydançasının yanında reaktiv yaylım atəşi qurğuları tapıb – Müdafiə Xəbərləri

İZLE: İsrail ordusu Qəzzada uşaq meydançasının yanında reaktiv yaylım atəşi qurğuları tapıb – Müdafiə Xəbərləri

05/11/2023
Məhbusu döyən Çeçenistan liderinin oğlu baş mühafizəçi edib

Məhbusu döyən Çeçenistan liderinin oğlu baş mühafizəçi edib

05/11/2023
Hamburq hava limanı polis 'girov vəziyyəti' ilə məşğul olduğu üçün bağlı qalır

Hamburq hava limanı polis ‘girov vəziyyəti’ ilə məşğul olduğu üçün bağlı qalır

05/11/2023
Ədliyyə naziri 15 gün ərzində hakimlərin seçilməsi panelini çağıracaq – İsrail xəbərləri

Ədliyyə naziri 15 gün ərzində hakimlərin seçilməsi panelini çağıracaq – İsrail xəbərləri

05/11/2023
Moldovada yerli seçkilər Rusiyanın müdaxiləsi ilə bağlı iddialar fonunda keçirilir

Moldovada yerli seçkilər Rusiyanın müdaxiləsi ilə bağlı iddialar fonunda keçirilir

05/11/2023
İsraildə nazir çıxışına görə hökumət iclaslarından kənarlaşdırılıb

İsraildə nazir çıxışına görə hökumət iclaslarından kənarlaşdırılıb

05/11/2023
Məhkəmədə Əvəz Zeynallı ilə Rasim Məmmədov arasında qalmaqal yaşanıb

Əvəz Zeynallının vəkilləri onun müdafiəsindən uzaqlaşdırıldı: “Keçmiş dövrə qayıtmısınız?”

05/11/2023
El Al İsrailə yük daşımaq üçün sərnişin təyyarələrini yeniləyir

El Al İsrailə yük daşımaq üçün sərnişin təyyarələrini yeniləyir

05/11/2023
Bütün növ saytların yığılması - EMBLEM.AZ Bütün növ saytların yığılması - EMBLEM.AZ Bütün növ saytların yığılması - EMBLEM.AZ
Facebook Twitter Pinterest Instagram Youtube Telegram RSS
xəbərlər, son xəbərlər, ən son xəbərlər, xeberler, son xeberler, en son xeberler, 24 saat, az24saat.org, 24saat.org

Heç bir hüququmuz qorunmur, amma siz yenə də qorunurmuş kimi davranın və saytda gedən özəl yazılardan istifadə zamanı 24saat.org və ya az24saat.org saytına istinad edin…

24saat.org və az24saat.org saytı Mətbuat Şurası və Media Klubunun üzvü deyil, heç bir zaman da olmayacaq. Saytla qarşı tərəf arasında mübahisə yaranarsa, bu mübahisənin birbaşa sayt və ya məhkəmə strukturları ilə həlli məsləhət görülür!

Baş redaktor: Vüqar Qurdqanlı (Ələkbərov)

Telefon: +994552669250

Categories

  • SAYTDAN İSTİFADƏ QAYDALARI, GİZLİLİK SİYASƏTİ VƏ TƏHLÜKƏSİZLİK
  • Bizimlə əlaqə

Tags

)NASİA 24 saat 24 saat xeberler AMERS ASIA ASXPAC biz bu günün xəbərləri. butun xeberler CEEU CISC CMPNY COM CWP DIP dünya EMRG en son xeberler EUROP EZC FİN Gen INTAG medialine.az xeberleri MTPIX NAMER NEWS1 POL PUBL PXP QHT xeberleri resmi xeberler RU Rusiya son xeber son xeber az son xeberler TMT TOPCMB TOPNWS UA US WEU xeberler xeberler bu gun

© 2017-2023 24 saat – Saytı Emblem.az hazırlayıb.