close
2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fazil Qasımov 21 gündür təcridxanada aclıq edir

İstanbul Universitetinin doktorantı, iqtisadçı-alim Fazil Qasımov 21-ci gündür 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir.

Bu barədə Turan-a vəkil Araz Nurməmmədov təcridxanada onunla görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Qasımov hələ də ümumi kamerada saxlanılır.

Saytların yığılması Saytlarin yigilmasi

“O ancaq su içir. Halsızdır, çox zəifləyib. Buna baxmayaraq aclığı davam etdirəcəyini bildirdi”, – vəkil qeyd edib.

Digər vəkil Rövşanə Rəhimova Turan-a bildirib ki, Qasımovun ev dustaqlığına buraxılmasından imtina ilə bağlı Bakının Nərimanov Rayon Məhkəməsinin 28 iyun tarixli qərarından apellyasiya şikayəti verib.

O, Fazil Qasımovun müalicə müəssisəsinə köçürülməsi üçün Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib.

Penitensiar Xidmət Qasımovun aclıq etməsilə bağlı  sorğuya cavab vermir.

İstanbul Universitetinin doktorantı, iqtisadçı-alim Fazil Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. O, saxta pul hazırlamaqda ittiham olunub. O zaman hakimiyyətyönlü KİV bildirmişdi ki, onun həbsi müxalifətçi siyasətçi Qubad İbadoğlunun (oxşar ittiham irəli sürülüb) işilə əlaqədardır.

Fazil Qasımov ilkin həbs zamanı əsassız cinayət təqibinə və işgəncələrə etiraz olaraq iyunun 14-dən aclıq edir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button