close
2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Frenk Palloun Azərbaycandan qaçıb

Amerikalı konqresmen Frenk Palloun bazar günü axşam Azərbaycandan faktiki olaraq qaçıb. Bu barədə Turan-a məlumatlı mənbələr bildirib.

Buna ABŞ-ın bu anti-Azərbaycan siyasətçisinə qarşı mənfi münasibət səbəb olub.

Palloun COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya gəlib. Noyabrın 16-da prezident İlham Əliyev bir qrup amerikalı konqresmeni qəbul edib, lakin Palloun bu görüşə buraxılmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənipərəsət mövqeyi ilə məşhur olan Palloun illər boyunca anti-Azərbaycan təbliğatı aparıb, açıq şəkildə Ermənistanın maraqlarını təbliğ edib, qanunsuz olaraq Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib və Bakıya qarşı sanksiyalara çağırıb.

Azərbaycan hakimiyyətini tənqid edən bir çox digər siyasətçilərdən fərqli olaraq, Palloun Azərbaycan xalqını və dövlətini söyür, erməni işğalına bəraət qazandırırdı. Eyni zamanda o, erməni maraqlarının pullu lobbiçisi olduğunu gizlətmirdi.

Noyabrın 17-də bir qrup hökumətyönlü QHT konqresmenin qaldığı “Park Bulvar” otelinin qarşısında etiraz aksiyası keçirərək onu anti-Azərbaycan fəaliyyətinə görə cavab verməyə çağırmağı tələb edib.

Noyabrın 16-da Bakı hava limanında Palloun Azərbaycana gələn kimi jurnalistlər Azərbaycana qarşı bu qədər mənfi münasibəti ilə bağlı açıqlama tələbi ilə ona suallar yağdırmışdılar. Lakin Palloun heç bir söz demədən, sadəcə olaraq qaçmışdı. Onun üzündəki həyasız və daimi təbəssüm isə yoxa çıxmışdı.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button