close
2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İqbal Əbilovun ilkin həbs müddəti 4 ay uzadılıb

Noyabrın 19-da Səbail Rayon Məhkəməsi talış  tarixinin tədqiqatçısı İqbal Əbilovun ilkin həbs müddətinin daha 4 ay uzadılması ilə bağlı istintaqın  vəsatətini təmin edib. Bu barədə Turan-a vəkil Rövşanə Rəhimova bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfi Əbilovun həbsdə saxlanılmasını və ümumiyyətlə, cinayət məsuliyyətinə cəlb olunmasını əsassız hesab edir. Əbilov özü də ona qarşı irəli sürülən ittihamları rədd edib. Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

*İqbal Əbilov iyulun 22-də  dövlətə xəyanət,  xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması maddələrilə ittiham olunaraq saxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Əsasən iddia olunur ki, bütün bu cinayətlər Ermənistanın xüsusi xidmət orqanlarının göstərişilə törədilib.

Əbilov ittihamları rədd edir və bildirir ki, sadəcə, elmi fəaliyyətlə məşğul olub. Dünyanın müxtəlif ölkələrindən alimlərdən ibarət böyük qrup Azərbaycan rəhbərliyinə müraciət edərək Əbilovun azad edilməsinə köməklik göstərilməsini xahiş ediblər. Hüquq müdafiəçiləri İqbal Əbilovu siyasi məhbus kimi tanıyıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button