close
2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İrana cavab zərbəsi: İsrailin 4 variantı var

Bu gün böyük ehtimalla İsrailin İrana cavab zərbəsi endirəcəyini təxmin etmək olar, yerli analitiklər belə hesab edirlər.

İran aprelin 14-nə keçən gecə endirdiyi raket zərbəsinin İsrailin, onun aviasiyasının, kəşfiyyatının nüfuzuna xələl gətirəcəyinə ümid edirdi. İsrail ayətullah Xameneyiyə sübut etməlidir ki, o, yanılıb və qisas qaçılmaz olacaq.

İsrail cavab zərbəsinin regional müharibəyə gətirib çıxarmasını istəmir. ABŞ və Avropa ölkələri cavab addımlarından yayınmağı tələb edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

“Anti-İran koalisiyası bizim üçün strateji dəyərdir. Əsas vəzifəmiz nəyin bahasına olursa-olsun, onu qoruyub saxlamaqdır. Buna görə İsrailin cavabının bu koalisiyanı qoruyub saxlaması və İsrailin Qəzzədə və şimalda müharibəni davam etdirməsinə imkan verməsi vacibdir”, deyə Ynet-in icmalçısı Ron Ben-İşay yazır.

Onun fikrincə, dörd cavab variantı var: Birincisi – İranın strateji obyektlərinin bombardman edilməsi. Bu, zavodlar və araşdırma institutlarıdır, onlara endiriləcək zərbənin ciddi effekti olacaq. Lakin onlar böyük şəhərlərdə yerləşir ki, bu da vətəndaşların ölməsinə səbəb olacaq.

İkinci variant kiberhücumdur: vətəndaş infrastrukturuna, nəqliyyata, enerji təchizatına.

Üçüncü və dördüncü variantlar İranda İsrailə hücumla əlaqəsi olan əsas fiqurların aradan qaldırılması ilə bağlıdır. Bu, İsrail kəşfiyyatı Mossad-ın vəzifəsidir.

İstənilən halda, zərbə ağrılı olmalı, ancaq kritik olmamalı və ayətullah rejiminin mövcudluğunu davam etdirməsini və nüfuzunu təhlükə altında qoymalıdır, deyə Ron Ben-İşay qeyd edir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button