close
2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Paşinyan: Azərbaycan sülh prosesinin pozulması üçün bəhanə axtarır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın sülh prosesində maraqlı olmadığını, əksinə onu pozmaq üçün bəhanə axtardığını bildirib. 

Toplum TV xəbər verir ki, Paşinyan bu barədə fevralın 13-də Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. 

Sərhəddə atəşkəsin pozulması məsələsindən danışarkən Paşinyan bəyan edib ki, dörd erməni əsgərinin həyatına son qoyan hadisə sülhə nail olmaq üçün təkcə siyasi iradənin olmamasından deyil, həm də “Azərbaycanın düşmənçiliyi və hərbi eskalasiyanı dərinləşdirmək” niyyətindən xəbər verir:

Saytların yığılması Saytlarin yigilmasi

“Fevralın 12-də Azərbaycan mətbuatı Azərbaycan mövqeləri istiqamətində atəşin açılması ilə bağlı məlumat yaydı. Bundan dərhal sonra Ermənistan Hərbi Polisi bəyan etdi ki, bu məlumat Ermənistan Müdafiə Nazirliyi tərəfindən hər hansı gərginliyə yol verilməməsi, təxribatlara uyulmaması barədə çox ciddi signal olduğu üçün araşdırmalara başlanılıb. Hərbi Polisin press-relizində açıq şəkildə qeyd olunurdu ki, bu fakt sübuta yetirilərsə, nizam-intizamın pozulması demək olacaq və bunun hüquqi nəticələri olacaq. Amma buna baxmayaraq, bu gün səhər tezdən (fevralın 13-ü – red.) Azərbaycan dronlardan istifadə etməklə genişmiqyaslı atışmalara başladı və təəssüf ki, dörd hərbçimiz həlak oldu”.

Paşinyanın sözlərinə görə, Azərbaycan eskalasiya və sülh prosesinin pozulması üçün sadəcə bəhanə axtarır. 

Qeyd edək ki, Azərbaycan tərəfi fevralın 12-də Ermənistan Silahlı Qüvvələrini Zəngilan istiqamətində atəşkəsi pozmaqda və Azərbaycan əsgərini snayperlə yaralamaqda ittiham edib. Ertəsi gün Azərbaycan “qisas əməliyyatı” keçirib. Əməliyyat nəticəsində 4 erməni hərbçisinin həlak olduğu, bir neçəsinin yaralandığı, eləcə də döyüş postunun dağıdıldığı bildirilib.

Rəsmi Bakı hərbi qulluqçunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfinin erməni hərbi postundan gələn təhlükəni aradan qaldırdığını və bunun sırf cavab tədbiri olduğunu bəyan edib. 

“Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”, – deyə  XİN-in məlumatında vurğulanıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button