Əfqanıstanda İraq səfirliyini partlatdılar — Silahlı toqquşma davam edir


Əfqanıstanın paytaxtı Kabildə partlayış səsi eşidilib.
“Ölkə.Az” xəbər verir ki, kamikadze terrorçu üzərindəki bombanı işə salıb. Hücumun hədəfi İraq səfirliyidir. Bölgədə partlayış və silah səsləri davam edir. İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz boynuna götürüb.

5 silahlı İŞİD terrorçu polisə atəş açıb. Ərazidən partlayış səsi gəlir. Səfirliyin olduğu ərazidən isə qara duman yüksəlir.

Hadisə şahidləri isə səfirlik binasında 2 partlayışın olduğunu, binanın bir qisminin ciddi xəsarət aldığını bildirirlər. Əfqan polisi partlayış xəbərini təsdiq etsə də, başqa məlumat vermir.

Hakimiyyət Eldar Mahmudovu həbs edə biləcəkmi?

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: