Ronaldu məhkəmə qarşısında ifadə verəcək


“Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldu məhkəmə qarşısında ifadə verəcək.
“Ölkə.Az” xəbər verir ki, portuqaliyalı futbolçu 31 iyul tarixində vergidən yayınma işi üzrə məhkəmədə cavab verəcək.

Qərb mətbuatının xəbərinə əsasən məhkəmə Madrid vilayətinin Posuelo-de-Alarkon şəhər məhkəməsində baş tutacaq. Eyni zamanda qeyd edilir ki, məhkəmə iclası qapalı şəraitdə keçiriləcək. Cinayət işi Madrid prokurorluğunun 2011-2014-cü illər ərzində bir neçə vergi cinayəti barədə iddiasından sonra qaldırılıb. 32 yaşlı Ronaldu özünü günahsız sayır və bu fikrində qalmaqda davam edəcək.

Qeyd edək ki, hücumçu 2011-2014-cü illər ərzində 14.7 milyon avro vergidən yayınmaqda ittiham edilir.

Hakimiyyət Eldar Mahmudovu həbs edə biləcəkmi?

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: