Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Son günlər Sumqayıtda və Bakıda 100 dən çox uşağın sudan zəhərlənməsi faktı ölkədə su mənbələrinin aktuallığını gündəmə gətirib. Bu hadisəyə səbəb olan faktlar araşdırılsada hələki qəti bir nəticə ortada yoxdur. Ehtimallar isə su kəmərlərindən hər hansı bir çirkab və tullantı sularının kanala sızması üzərindədir.

Məsələ ilə əlaqədar, paytaxtın əsas hissəsini içməli su ilə təchiz edən Şollar su kəməri və onun hal-hazırki vəziyyəti barədə araşdırma apardıq.

Xaçmazın yeraltı su mənbələrindən qaynağlanan bu kəmər bir əsrdən çoxdu ki, şəhər əhalisini içməli su ilə təmin edir. Amma hazırda bu kəmərinin aqibəti təhlükə qarşısındadır. Kəmərin Xaçmazdan keçən hissəsində gördüklərimiz isə bizi dəhşətə gətirdi.

Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə görə, 1200 mm diametrli yüksəktəzyiqli su kəmərinin hər tərəfdən 20 metri onun mühafizə zolağı sayılır və orada hər hansı tikinti aparmaq qadağandır. Amma “Şollar su kəməri”nin Xaçmazdan keçən hissəsində qanunvericiliyin bu tələblərindən əsər əlamət yoxdur. Kəmərin mühafizə zolağı fiziki şəxlərə satılıb ki, onlarda ərazidə aidiyyatı üzrə müxtəlif təyinatlı inzibati binalar inşa edib. Bu sahibkarlıq subyektləri arasında yanacağ doldurma məntəqəsi, avtosalon, çörək sexləri, restoran, şadlıq sarayı və istehsal müəssisəsi mövcuddur.

Məsələ ilə əlaqədar həmin qanunsuz tikililərin sahiblari ilə əlaqə saxladıq.

Ərazidə yeni fəaliyyyətə başlayan tədarük və təchizat idarəsinin rəisi Murad Həbibov məsələyə belə münasibət bildirdi.

“Biz bu binanın hüquqi sahibi deyilik. Arendaya götürmüşük. Sahibi Zemfira Həsənova adlı şəxsdir.” Araşdırmalarımız nəticəsində məlum oldu ki, mühafizə zolağında qanunsuz tikilən inzibati binanın əsl sahibi Xaçmaz rayonunun maliyyə şöbəsinin rəisi Nizami Həsənovdur. Amma sənədlərdə qeyd olunan Zemfira Həsənovanın bu şəxslə hər hansı qohumluq əlaqəsinin olub olmadığını bilmirik.

Daha sonra “Şollar su kəməri”nin mühafizə zolağında inşa edilmiş istehsal müəssisəsinin sahibi Qasım Muradovla əlaqə saxladıq:
“Ayzberq” berndi altında fəaliyyət göstərən “Hado” MMC nin sahibi bizə dedi ki, mən nümunəvi sahibkaram, xeyli insana çörək verirəm. “Burdan onlarla ailə dolanır. Kəmər zavodun ərazisindən keçsə də, ona hər hansı bir təhlükə yoxdur”.

Qeyd edək ki Şollar su kəməri bu müəssisənin istehsal anabarından keçir. Bildirək ki, bu çox ciddi bir faktdır. Kəmər üzərində belə istehsal müəssisəsinin tikintisi içməli suya zərər verə bilər və bu da yenidən zəhərlənmə hallarına yol aça bilər.


Şollar su kəmərin Xaçmaz şəhərindən keçən hissəsində, nəinki kəmərin mühafizə zolağında hətta düz kəmərin üzərində inşa edilmış şadlıq sarayının sahibi isə Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanovdur. “Şəhzadə” adlı bu binanın tikintisi zamanı su kəməri sarayın asvalt qatının altında qalıb. Fakla əlaqədar Bəxtiyar Osmanovla əlaqə saxladıq.

O bizə bildirdi ki, şadlıq sarayı ona yox qardaşına məxsusdur. “Mənim sarayım deyil o qardaşımındır. Onun cibi ayrı, mənim cibim ayrı. Bu barədə məni narahat etməyin”.

Qeyd edək ki, mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR KABİNETİNİN 24 mart 2000-ci il 56 saylı QƏRARI mövcuddur.

Həmin qərara əsasən su obyektlərinə bitişik ərazilərin yamaclarının mailliyindən asılı olaraq sahil mühafizə zolaqlarının eni (metr)
əks maillik və maillik olmadıqda 25,50,80
3 dərəcəyədək maillik olduqda 25,35,50
3 dərəcədən artıq maillik olduqda isə 35,40,80

Qərarın 27 -ci bəndində göstərilir ki, Su mühafizə zonaları və sahil mühafizə zolaqlarının ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyır.

Eləcə də, qərarın 29-cu bəndində Su obyektlərində içməli su mənbələrinin sanitar mühafizə zonaları müəyyən edilərkən, su mühafizə zonalarının minimal ölçüləri və burada təsərrüfat fəaliyyətinin rejimi sanitar qaydaları və normaları ilə müəyyən edilir.

Göründüyü kimi, Nazirlər kabnetinin qərarı Xaçmazda kağız üzərində qalmaqdadır.

Hazırda ərazidə bu qərara zidd olaraq bütün obyektlər Şollar su kəmərinin mühafizə zolağnda; elə obyektdə vardır ki, kəmərin düz üzərində inşa olunub.

Qeyd edək ki, Şollar su kəmərinin mühafizəsi 2004-cü ilə kimi qorunub saxlanılıb. Lakin Xaçmazın hazırki icra başçısı Şəmsəddin Xanbabyev bu qərarı rayona rəhbər gələndən sonra pozub. Ən maraqlısı da budur ki, mühafizə zolağındakı bütün obyektlər Xaçmazın dövlət qulluqçularına məxsusdur.

Məsələ ilə bağlı Prezident aparatına, eləcədə adiyyatlı nazirliklərə rəsmi sorğular göndərmişik.

Dogru.tv əməkdaşlarının məsələ ilə bağlı hazırladığı video-reportajı da sizlərə təqdim edəcəyik.

Qarşı tərəflərinin mövgeylərini dərc etməyə hazırıq.

Mənbə – dogru.tv

24saat.org

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: