Türkiyəli iş adamına problem yaradan Mürvət Həsənli saxlanılıb

Bir müddət əvvəl türkiyəli iş adamı Ömür Oralla aralarında qalmaqal yaşanan “Xəmsə M” şirkətinin rəhbəri Mürvət Həsənli Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfində saxlanılıb.

Mürvət Həsənlinin hansı səbəbdən saxlanılması bəlli olmasa da, ehtimal olunur ki, buna səbəb türkiyəli iş adamını hədələməsidir.

Məlumatla bağlı Ömür Oralın vəkili Aslan İsmayılov 24saat.org-a bunları deyib: “Mürvət Həsənlinin saxlanması ilə bağlı məndə məlumat yoxdur. Onu deyə bilərəm ki, mən bu adamın qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova müraciət etmişdim. Mürvət Həsənli Ömür Oralın 1 milyom yarım pulunu mənimsəyib. Digər tərəfdən Ömür Oran öz işilə bağlı Azərbaycana gələndə onu hədələyib. Bu barədə biz hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Güman edirəm ki, bu məsələyə görə saxlaya bilərlər”.

24saat.org

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

ÇARƏSİZ DƏRD – HEKAYƏ

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: