Abşeron rayonunun Xırdalan dairəsi kimi tanınan ərazisində yük avtomobili qəzaya uğrayıb.
12 metr uzunluğa malik avtomobil daşıyan “MAN” markalı yük maşını yolun ortasındakı dəmir arakəsməyə çırpılıb.
Zərbə o qədər güclü olub ki, yük avtomobilinin benzin çəni deşilib və yanacaq yola tökülüb.
Sürücü Yol Patrul Xidmətinin əməkdaşlarına ilkin ifadəsi zamanı bildirib ki, qəzaya onun sükan arxasında yatması səbəb olub.
Qeyd edək ki, hadisə baş verən zaman yük avtomobili boş olub.
Report
Oxunub: 102