Mosul Ramazan ayına qədər tamamilə DEAŞ-dan azad ediləcək. İraq ordusu mayın 27-də başlanacaq Ramazan ayına kimi terror təşkilatı tərəfindən zəbt olunmuş bölgələri təmizləyəcəyini bildirib.
Bu barədə İraqın Baş Qərargah rəisi Osman Qanimi mətbuata deyb. O vurğulayıb ki, Mosulda DEAŞ-a zəfər çaldığımızı Ramazan ayından əvvəl elan edəcəyik. “Qüvvələrimiz DEAŞ-a qarşı əzmlə vuruşur. Bu da yaxın günlərdə sona çatacaq. Mosulun xilas edilməsi əməliyyatında zamanı ölkənin öz güclərindən başqa heç bir xarici ölkənin quru qoşunlarına icazə verilməyəcək”-deyə Qanimi bildirib.
Yanvar ayında ölkənin ikinci böyük şəhəri Mosulun şərqini terrorçulardan geri alan İraq qüvvələrinin Mosulun qərbini qaytarmaq üçün başlatdığı əməliyyatı davam edir.
azadliq.info
Oxunub: 120