Son günlər ayrı-ayrı təşkilatlardan işçilərin məcburi məzuniyyətə göndərilməsi barədə redaksiyamıza məlumatlar daxil olur. Bu barədə artıq bir neçə dəfə yazmışıq. Hətta işçilərə paylanan ərizə formalarının fotolarını da təqdim etmişik.
Redaksiyamıza Axundov adına Milli Kitabxanadan da bu məzmunda informasiya daxil olub. Xəbərdə bildirilir ki, kitabxananın işçilərinin demək olar, yarısı məcburi məzuniyyətə göndərilib. Onlardan ərizə alınıb ki, guya öz hesablarına 10 günlük məzuniyyət verilməsini istəyirlər. Daxil olan məlumata görə, işçilərin növbəti qanuni məzuniyyəti də hesab ödənilmədən həyata keçiriləçək.
Məsələ ilə bağlı Axundov adına Milli Kitabxana ilə əlaqə saxlamaq istədik. Lakin əlaqə nömrəsi kimi qoyulmuş telefona cavab verən olmadı. Kitabxananın contact@anl.az elektron ünvanına sorğu göndərdik. “Bizə daxil olan məlumata görə Milli Ktabxanada işləyən kitabxanaçı və texniki işçilərin əksəriyyəti rəhbərliyə ərizə ilə müraciət edib, öz hesablarına 10 günlük məzuniyyət istəyib. Rəhbərlik də bütün bu xahişləri nəzərə alaraq, işçiləri məzuniyyətə yollayıb. Şəhərimizə qonaqların çox gəldiyi bir vaxda bu nə qədər düzgündür? Ümumiyyətlə bu barədə nə deyə bilərsiniz? Əlaqə üçün qoyduğunuz 012 493 40 03 nömrəsinə də cavab verən yoxdur” məzmununda göndərdiyimiz sorğuya yəqin ki, cavab verən tapılar, əlbəttə ki, bunu yerinə yetirməli işçi məzuniyyətdə olmasa.
Təzəxan
Oxunub: 226