Ukraynanın baş naziri Qroysman belə bəyanat verdi
Ukraynanın baş naziri Vladimir Qroysman bildirib ki, pensiya islahatları qəbul olunmasa, istefaya getməyə hazırdır. İslahatlar oktyabrın 1-dən pensiyaların artırılmasıni və indiki pensiya yaşının saxlanılmasını nəzərdə tutur. Bu barədə hökumət başçısı “112 Ukrayna”nın efirində deyib. “Oktyabrın 1-dən pensiya islahatlarına və pensiyaların artırılmasına zəmanət verirən. Əgər bunu yerinə yetirə bilməsəm, istefaya getməyə hazıram. Ancaq mən bunu edəcəm”, – deyə Qroysman bildirib.
Həmçinin başnazir bildirib ki, pensiya islahatları pensiyalara vergi tətbiq edilməsini ləğvini nəzərdə tutacaq.
Fizzə
Oxunub: 38