Avropa Birliyinin (AB) daxili siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropanı Ukrayna məsələsində Rusiyaya təzyiq göstərməyə çağırıb.
“Minsk sazişinin Ukraynadakı münaqişənin həlli üzrə ortaya konkret nəticələr qoya bilməsinə nail olmalıyıq. Bu formatda fransızlara və almanlara dəstək verilməlidir. Ukraynalı dostlarımızın yanında olmalıyıq”, – deyə Mogerini bildirib.
Tallindəki konfransda çıxışı zamanı AB rəsmisi onu da qeyd edib ki, Ukraynada müsbət proseslərin gedişi həm də Rusiyaya təzyiqdən keçir.
azadliq.info
Oxunub: 182