Türkiyənin ən tirajlı qəzetlərindən biri olan, hökumətə müxalif “Sözçü” qəzetinə qarşı FETO şübhəlisi ittihamı ilə əməliyyat keçirilib. Qəzetin sahibi Burak Akbay daxil olmaqla, 4 şübhəli haqqında FETO adına cinayət törətmək ittihamı ilə həbs və axtarış qərarı verilib.
Şübhəlilərin FETO-nun 15 iyul çevriliş cəhdi zamanı prezident Ərdoğanın Mərmərədə tətildə olduğu otelin ünvan və görünüşünü qəzetin internet saytından yayınlamaqda günahlandırıldığı bildirilib.
İstintaq əsasında qəzetin imtiyaz sahibi Burak Akbay, internet üzrə məsul müdir Mediha Olqun, Maliyyə işlər müdiri Yonca Kaleli və müxbir Gökmen Ulu haqqında həbs qərarı verilib.
Burak Akbayın xaricdə olduğu açıqlanarkən, Mediha Olqun və Gökmen Ulunun həbs olunaraq təhlükəsizlik şöbəsinə aparıldığı məlum olub.
azadliq.info
Oxunub: 288