Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Sularda Xilasetmə Xidməti birləşdirilib. Bununla bağlı Nazirlər Kabineti yeni qərar verib. NK “Fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2016-cı il 7 noyabr tarixli prezident fərmanının icrası ilə əlaqədar özünün əvvəlki qərarlarına dəyişikliklər edib. Dəyişikliyə əsasən, yeni yaradılan qurum bundan sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti adlanacaq.
Oxunub: 2358