ABŞ Senatının kəşfiyyat komitəsi prezident Donald Trampdan seçkiöncəsi kampaniyanın (2015-ci ilin iyunundan bu yana) bütün sənədlərini tələb edir.
“Reuters”in məlumatına görə, bura elektron yazışmalar, telefon danışıqlarının audioyazısı da daxildir.
Məktubu senatorlar Riçar Berr, Mark Uorner imzalayıb. Onlar məsələ ilə bağlı əlavə məlumat vermək istəməyiblər.
Qeyd edək ki, Senatın kəşfiyyat komitəsi Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsini araşdırır və Trampdan məlum sənədlərin tələb olunması da bu iş üzrədir.
Gültəkin
Oxunub: 192