Estoniya İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulmaq istəyir.
Hazırda bu istiqamətdə ABŞ və digər tərəfdaşlarla müzakirələr gedir.
Estoniyanın müdafiə naziri Marqus Tsaxkna bildirib ki, ölkəsi İŞİD-ə qarşı nəhəng koalisiya yaratmağın tərəfdarıdır və bununla bağlı həm ABŞ-la, həm də digər müttəfiqlərlə məsləhətləşmələr aparıb.
Nazirin sözlərinə görə, Estoniyanın hazırda İraqda on hərbçisi var və yaxın vaxtlarda bu ölkəyə növbəti qrupun göndərilməsi nəzərdə tutulur.
Gültəkin
Oxunub: 220