İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın adı 7 cinayət işində hallanır.
Bu barədə ölkə prokurorluğunun mərkəzi audit məhkəməsində nümayəndəsi Fayyazad Şüyaye bildirib.
Keçmiş prezidentin adı ictimai fondlardakı mənimsəmə faktlarında başlıca fiqur olaraq hallanır.
F.Şüyaye bildirib ki, məsələyə dair sənədlər auditor məhkəməsinin tabe olduğu İran parlamentinin təsdiqinə göndərilib. Bundan sonra ittiham formal olaraq qüvvəyə minir.
M.Əhmədinejatın prezidentliyinin ikinci dövründə 2009-2013-cü illərdə hökumətin ictimai fondlarından 2 milyard dollar maliyyə vəsaiti “yoxa” çıxıb. Prokurorluq təmsilçisi bildirib ki, həmin vəsaiti isə dövlət xəzinəsinə qaytarmaq mümkün deyil. (Report)
Oxunub: 270