ABŞ hökuməti Rusiyanın bu ölkədə fəaliyyət göstərən baş konsulluqlarından birini bağlamağa hazırlaşır.
Bunun Rusiya prezidenti Vladimir Putinin yüzlərlə amierikalı diplomatın ixtisara salınması ilə bağlı qərarına сavab olduğu bildirilir.
Hazırda Birləşmiş Ştatlarda Rusiyanın 4 baş konsulluğu var – Nyu-Yorkda, San-Fransiskoda, Sietelda və Hyustonda. ABŞ-ın isə Rusiyada 3 baş konsulluğu fəaliyyət göstərir – Sankt-Peterpubrqda, Yekaterinburqda və Vladivostokda.
ABŞ-ın “qara siyahıya” hansı konsulluğu salmağı planlaşdırdığı hələlik bəlli deyil.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ dövlət katibi Reks Tillkrson Moskvanın məlum tələbini (ABŞ-ın Rusiyadakı diplomatik missiyasında ixtisarlar aparmaq) cavabsız qoymayacaqlarını bəyan etmişdi.
Gültəkin
Oxunub: 256