Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Yardımlı rayonu Ərus kənd sakini Rahim Qarayev tərəfindən kənd qəbiristanlığı ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.
ETSN-nin mətbaut xidmətindən yaılan məlumata görə, nazirliyin yerli qurumlarının əməkdaşları şikayəti araşdırıblar.
Əraziyə keçirilən baxış zamanı 2 ədəd alça ağacının qanunsuz olaraq budandığı məlum olub.
Araşdırma zamanı yaşköküstə ağacların budaqlarının Ərus kənd sakini Dədəbəy Ağayev tərəfindən kəsildiyi aşkar edilib. Faktla bağlı protokol tərtib olunub və o, qanunvericiliyə uyğun qaydada 100 manat məbləğində cərimə edilib.
Azadliq.info
Oxunub: 154