SOCAR-ın ümumi aktivləri 53 milyard manatı ötüb.
Bu barədə şirkətin 2016-cı il üzrə maliyyə hesabatında deyilir. SOCAR-ın ümumi aktivləri 2016-cı il dekabrın 31-nə 53 milyard 7 milyon manat olub. Bunun 20 milyard 555 milyon manatını cari aktivlər, 32 milyard 452 milyon manatını isə uzunmüddətli aktivlər təşkil edib.
Ötən ilin sonuna şirkətin cəmi kapitalı 17 milyard 704 milyon manat təşkil edib. Bunun 16 milyard 447 milyon manatı qrupun səhmdarlarına aid olan kapital, 1 milyard 257 milyon manatı isə qeyri-nəzarət payları olub.
Qeyd edək ki, 2015-ci ilin sonuna SOCAR ümumi aktivləri 39 milyard 954 manat təşkil etmişdi.
Onu da bildirmək lazımdır ki, şirkətin ümumi borcu 35 milyarddır.
Azadliq.info
Oxunub: 166