İraqlı kürdlər İraqdan müstəqillik üzrə referendumun ABŞ tərəfindən təxirə salınması xahişinə baxmayaraq, referendumu planlaşdırıldığı kimi sentyabrın 25-də keçiriləcəklər. Bunu kürd rəsmiləri “Reuters” xəbər agentliyinə bildirib.
İraq Kurdüstan Regional Hökumətinin prezidenti Məsud Bərzaninin sözçülərindən biri Hoşyar Zebari deyib ki, “planlaşdırılan tarixə heç bir dəyişiklik olmayacaq”.
Fransanın AFP xəbər agentliyinin Məsud Bərzaninin idarəsindən aldığı yazılı bəyanatda ABŞ dövlət katibi Reks Tillersonun referendumu təxirə salmaq çağırışına cavab olaraq bildirilir ki, İraq kürdləri bunun qarşılıqlı qarantiyalar və gələcəkləri üçün alternativlər tələb edirlər.
Bəzi şərhçilər Kürdüstan Regional Hökumətinin müstəqillik referendumundan İraq hökuməti ilə danışıqlarda bir təyziq üsulu kimi istifadə etmək niyyətində olduğunu iddia edir.
ABŞ-dan başqa, kürd azlıqlarına sahib olan Türkiyə, İraq, İran və Suriya da referenduma qarşıdır.
Oxunub: 362