Mərkəzi Bank 200 milyon manatlıq notlar buraxır.
11 avqust 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 2,000,000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100359S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Notların tədavül müddəti 28 gündür.
Mərkəzi Bank depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlarını izafi pul təklifinin sterilizasiyası məqsədilə aparılır. Sterilizasiya əməliyyatı artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır. İqtisadiyyata pul buraxılması iqtisadi artıma səbəb olsa da, bu müəyyən həddi keçdikdən sonra inflyasiya yaranır. Məhz inflyasiya yaradan bu kütlənin bazardan təmizləməsinə sterilizasiya prosesi deyilir. Açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 10%- 15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır.
Oxunub: 176