ABŞ ordusunun laboratoriyasının alimləri tərəfindən hazırlanmış maddə az müddət ərzində kifayət qədər elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir.
Alimlər ABŞ ordusunun elmi-tədqiqat laboratoriyasında sınaqlar zamanı çox güclü reaksiyanın şahidi olublar: alüminium əsaslı nanoqalvanik tozun su ilə qarışdırılması zamanı güclü qaynama müşahidə olunub. Məlum olub ki, buna səbəb olan hidroliz nəticəsində su oksigen və hidrogen elementlərinə parçalanıb.
Alüminiumdan hidrogenin əldə edilməsi üsulu çoxdan məlumdur, ancaq bu prosesi işə salmaq üçün vaxt, həmçinin temperatur, kimyəvi komponentlər və elektrik enerjisi kimi katalizatorların iştirakı lazımdır. Yeni nanomaterial sayəsində hər hansı əlavə olmadan hidrolizi həyata keçirmək mümkün olub: enerjinin əldə edilməsi üçün tozu suya əlavə etmək kifayətdir. Bu halda reaksiya kifayət qədər sürətli baş verir.
Hesablamalara görə, 1 kiloqram tozdan 3 dəqiqə ərzində 220 kilovatt elektrik enerjisi əldə etmək olar. Laboratoriyanın əməkdaşları əmindirlər ki, gələcəkdə tozun effektivliyini ən azı iki dəfə artırmaq mümkün olacaq.
Oxunub: 452