Lerik rayonunun Veri kənd sakini, 1983-cü il təvəllüdlü Sadıqova Elnarə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Yaxınlarının bildirdiyinə görə, qadın hamiləlik zamanı mütəmadi olaraq həkim nəzarətində olub, heç bir problem qeydə alınmayıb. E.Sadıqova avqustun 2-də xəstəxanaya müraciət edib. Lakin doğuş gecikdiyində görə həkimlər körpəni qeysəriyyə əməliyyatı ilə götürməyə çalışıblar. Lakin məlum olub ki, körpə tələf olub. Ana isə bu gün səhər saatlarında kəskin qanaxma nəticəsində ölüb.