“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev tutduğu vəzifədən azad edilib. Onun yerinə “Azərişıq” ASC-nin prezidenti Baba Rzayev təyin olunub. Bu barədə sentyabrın 4-də ölkə başçısı İlham Əliyev sərəncam verib.
Bu yerdəyişmə ölkədə enerji sektoruna nəzarətin tamamilə Paşayevlər klanına keçməsi kimi qiymətləndirilir. Belə ki, Baba Rzayev birbaşa Paşayevlərin kadrı olaraq tanınır. Təkcə onu xatırlatmaq kifayətdir ki, 2005-ci il parlament seçkilərində Baba Rzayev namizəd Mehriban Əliyevanın Qala və Zirə kəndlərində təmsilçisi olub.Baba Rzayev “Bakıelektrikşəbəkə” ASC-nin sədri idi. 2015-ci ildə “Bakıelektrikşəbəkə”nin adı dəyişdirilərək “Azərişıq” olub və Baba Rzayev yenidən həmin quruma sədr təyin olunub.
Belə ehtimallar var ki, yaxın vaxtlarda”Azərenerji” və “Azərişıq” vahid qurumda birləşdiriləcək. Bununla da ölkədə elektrik enerjisinin həm istehsalı, həm də satışı Paşayevlərdə olmaqla, bir əldə cəmləşəcək.
azadliq.info